17 avqust 1998-ci ildə Bill Klinton Monika Levinski ilə münasibətlərini ictimaiyyət qarşısında təsdiqlədi. Onların münasibəti yəqin ki, tarixin ən səs-küylü seks qalmaqallarından idi. Ailem.az bu hadisə də daxil olmaqla dünyanın diqqətini cəlb edən beş qalmaqalı yada salır.
1. Bill Klinton və Monika Levinski
Ağ evin cazibədar işçisinin ləkəli paltarı az qalmışdı ki, Amerika prezidentini ailəsindən və siyasi karyerasından etsin. İmpiçment cəhdi uğursuz alınıb, Klinton arvadı Hillari və Amerikan ictimaiyyəti tərəfindən bağışlanıb.
2. Silvio Berluskoni və Rubi
Rubi – daha doğrusu, göbək rəqsləri ifaçısı, 17 yaşlı mərakeşli Kərimə Əl-Maruq Berluskoninin villasında baş tutan ziyafətlərin sevimlisi olub. Qarşı cinsə hədsiz meyli ilə seçilən 76 yaşlı eks baş nazir 2013-cü ildə keçirilən məhkəmədə 7 illik həbs cəzası alıb.
3. Yuri Skuratov və iki naməlum
1999-cu ildə Yuri Skuratov yeni Rusiya tarixində ilk seks-qalmaqal qəhrəmanına çevrildi. "Россия" telekanalı “baş prokuror Skuratova oxşayan” biri ilə iki naməlum qızın seks səhnəsini yayımladıqdan sonra aləm qarışıb. Baş prokuror videonun qurama olduğunu iddia edib. Zəif keyfiyyət göstəricilərinə görə videodakıların dəqiq şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. İş bağlansa da, baş prokuror vəzifəsi ilə vidalaşmaq məcburiyyətində qalıb.
4. Dominik Stross-Kan və qulluqçu qadın
Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross-Kan 2011-ci ildə Nyu-Yorkda qulluqçu qadın Nafissatu Dialloya qarşı zorlama cəhdi etməkdə günahlandırmışdı. Günahını boynuna almasa da, Stross-Kan Valyuta Fondu rəhbərliyindən ayrılmalı, üstəlik, 2012-ci ildə keçiriləcək Fransa prezident seçkilərində namizədliyindən imtina etməli olub. Məhkəmə Stross-Kanın qulluqçu qadına 1,5 milyon dollar məbləğində təzminat ödəmə qərarı ilə yekunlaşıb.
5. Entoni Viner və onun seks-ismarıcı
Nyu-York merliyinə namizəd Entoni Viner cinsiyyət orqanının şəklini hansısa “rəfiqəsi”nə göndərəndə “kameralara yaxalanıb”. Seçki kompaniyasından çıxdaş olmamaq üçün Viner səhvini boynuna almalı olub. Həyat yoldaşı da məcburən ona dəstək verib. Ən maraqlısı da budur ki, Viner 2 il qabaq “oxşar” bir qalmaqalla üzləşmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?