2020-ci ildə Anqarskdakı 15 saylı islah koloniyasında (İK) məhbusların iğtişaşına səbəb qul şəraitində işləmək olub.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə lenta.ru-ya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Bu koloniyada məhbuslar bazar dəyəri 2,1 min rubl olan bir kubmetr taxta çıxarmaq üçün cəmi 0,4 qəpik alırmış. Bu ədalətsiz vəziyyətdən uzunmüddətli narazılıq qəzəb və sonradan üsyana səbəb olub.
"Anqarsk İK-15-də iğtişaşın səbəbi işgəncə və ya qeyri-qanuni münasibətlər deyildi: gücsüz məhkumlar illərlə qul şəraitində işləməyə məcbur olurdular. Sadəcə olaraq, məhbusların səbrləri tükənib, deyə mənbə bildirib.
2020-ci ilin aprel ayında Anqarsk İK-15-də yüzlərlə məhbus işə getməkdən imtina edib və sonra sənaye zonasını yandırıb. Həbsxananın xüsusi təyinatlıları iğtişaşları yatırmalı olub. İstintaq zamanı məlum olub ki, iğtişaşlara səbəb koloniya rəhbərliyinin ağac kəsimində pulsuz işçi kimi istifadə etdiyi "məhkumların qul əməyi" olub.
2023-cü ildə məhkəmə Anqarskda vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinən İK-6-nın üç əməkdaşına hökm çıxarıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?