Sergen Yalçın ay sonunda “Antalyaspor”dan ayrılacağını açıqlayıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, təcrübəli çalışdırıcının ay sonunda “Beşiktaş” klubuna keçəcəyi gözlənilir. Buna səbəb isə “Beşiktaş” klubunun prezidenti Hasan Aratın - “yeni baş məşqçini bu ayın sonunda açıqlayacağam”, - deməsi olub.
Sergen Yalçın isə bu qərarını ötən gecə doğma meydanda “Pendikspor”a 1:2 hesabı ilə məğlub olduqdan sonra verib.
Qeyd edək ki, Sergen Yalçın mövsümün 2-ci yarısından etibarən “Antalyaspor” klubunu çalışdırmağa başlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?