GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin savaş içində müdafiə nazirini niyə dəyişdi? - “Z” ordusunun başında mülki şəxs...

Putin savaş içində müdafiə nazirini niyə dəyişdi? - “Z” ordusunun başında mülki şəxs...

Tarix: 14-05-2024, 09:58 Bölmə :Dünya Baxış: 157

Müharibə şəraitində hər iki tərəf müdafiə nazirlərini yenilədi; ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu və analitiklər Şoyqunun yerinə təyinatın səbəblərini sadaladı.


Müharibənin gedişində hər iki tərəf - Rusiya və Ukrayna müdafiə nazirlərini dəyişdi. Bir qədər əvvəl Ukraynanın müdafiə naziri Aleksey Reznikovu Rüstəm Ömərov əvəzlədi, Rusiyada Sergey Şoyqunun yerinə isə Andrey Belousov təyin olundu. 

Bununla da cəbhədə şiddətli və ağır döyüşlər getdiyi bir zamanda Zelenski bir Krım tatarını müdafiə naziri postuna gətirdi, Putin isə bir tuva türkü olan Şoyqunu Təhlükəsizlik Şurasının katibi gətirdi. Üstəlik, onun yerinə mülki şəxs qoyuldu. Bu da maraqlı gediş idi. Lakin Rusiyanın mülki şəxsi müdafiə naziri gətirməsi ehtimal yaradır ki, Moskva taktiki-operativ strategiyasını dəyişmək fikrindədir. Hərçənd yayda Ukrayna əks-hücuma hazırlaşır. Gözləyək, Putin yeni komandanla hansı planlar qurub...

“Yeni Müsavat” arayış üçün bildirir ki, Şoyqu eyni zamanda Putinin Rusiya Federasiyasının Hərbi-Sənaye Komissiyasında müavini olacaq. Andrey Belousov isə Rusiyanın müdafiə naziri təyin olunmazdan əvvəl Rusiya Federasiyası baş nazirinin birinci müavini vəzifəsində çalışıb. O, 2020-ci ildən hökumətdə işləyib və iqtisadi bloka nəzarət edib. Yeni müdafiə naziri haqqında daha nə məlumdur. Müdafiə naziri Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-2006-cı illərdə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru vəzifəsində çalışıb.  2006-2008-ci illərdə iqtisadi inkişaf və ticarət nazirinin müavini, iqtisadi inkişaf nazirinin müavini, 2008-2012-ci illərdə hökumətdə iqtisadiyyat və maliyyə departamentinin direktoru olub. 2012-2013-cü illərdə Rusiya Federasiyasının İqtisadi İnkişaf Naziri vəzifəsində çalışıb. 2013-cü ildən 2020-ci ilə kimi yeddi il ərzində Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsində çalışıb.

Əslində isə Şoyqu heç də kiçik vəzifəyə təyinat almadı. O, müharibənin gedişinə nəzarət edə biləcək. Bütövlükdə Təhlükəsizlik Şurasının katibi kimi böyük səlahiyyətlərə sahiblənəcək. Onun xələfi Nikolay Patruşevin isə hansı posta təyinat alacağı dəqiqləşməyib. Rusiyalı ekspert İqor Korotçenko deyib ki, Nikolay Patruşev Rusiya Təhlükəsizlik Şurasının katibi kimi Rusiya dövlətinin əsaslarının möhkəmlənməsinə böyük töhfə verib və Patruşevi əvəz edən Sergey Şoyqunun müdafiə naziri vəzifəsində işləyərkən qazandığı təcrübə Təhlükəsizlik Şurası aparatının müasir tələblərlə işini təmin etmək üçün lazım olacaq. 

ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb ki, Andrey Belousovun Rusiyanın yeni müdafiə naziri vəzifəsinə namizəd kimi irəli sürülməsi Kremlin Ukrayna ilə uzun sürən müharibəyə hazırlığından xəbər verir.

Belousov on ilə yaxın federal hökumətdə iqtisadiyyat naziri vəzifəsində çalışıb. Bu müddət ərzində o, müdafiə sənayesi kompleksi, PUA sahəsində müxtəlif yerli innovativ layihələrin idarə edilməsində iştirak edib. Bu isə onu acınacaqlı vəziyyətdə olan Rusiya Müdafiə Nazirliyinin aparatına rəhbərlik etməyə yaxşı hazırlayıb. Sergey Şoyqunun rəhbərlik etdiyi müdafiə qurumu yüksək səviyyəli korrupsiya və bürokratik ətalət ittihamları ilə mübarizə aparıb, eyni zamanda Rusiya hərbi müşahidəçilərinin daimi tənqidləri ilə üzləşib. Belousov effektiv texnokrat kimi güclü reputasiyaya malikdir və daxili mənbələr onun Putinlə müsbət münasibətinin olduğunu bildirir. 

O, 2023-cü ilin noyabrında müdafiə layihələri və texnoloji əməkdaşlığı müzakirə etmək üçün prezidentlə görüşüb, həmçinin Putinlə Rusiya PUA istehsalındakı problemlər barədə danışıb. Texnoloji innovasiyaların və Rusiya müdafiə sənayesi məhsullarının, xüsusən də diqqətin PUA sahəsinə maksimum yönəldilməsi, çox güman ki, Kremlin müharibə səyləri üçün son dərəcə dəyərli ola bilər. 2023-cü ilin yanvarında Belousov şəxsən Rusiyanın 2030-cu ilə qədər ildə 32 min PUA istehsalı üçün 696 milyard rubl (təxminən 7 milyard dollar) ayrılmasını nəzərdə tutan “Pilotsuz Təyyarə Sistemləri” layihəsini başa çatdırdığını elan edib. 

Putin Belousovdan federal iqtisadi siyasəti Rusiya Müdafiə Nazirliyinin proqramı ilə inteqrasiya etmək üçün mülki dövlət idarəsindəki təcrübəsindən istifadə edəcəyini, beləliklə, Rusiya müdafiə sənayesini daha geniş, uzunmüddətli miqyasda tam səfərbər edəcəyini və daxili iqtisadi siyasətlə inteqrasiyasını gözləyir. Bu səylər daha dolğun iqtisadi səfərbərliyə zəmin yaradır və Kremlin Ukraynada uzun sürən müharibəyə hazırlığını davam etdirdiyini göstərir.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov qeyd edib ki, Putinin Andrey Belousovun namizədliyini müdafiə naziri postuna təqdim etməsi çox maraqlı və diqqətçəkən addımdır. Siyasi şərhçi Belousovun dövlət dairələrində oynadığı rola diqqəti çəkib: “Andrey Belousov Vladimir Putinin şəxsi iqtisadçısıdır. İqtisadi blokda bütün müvafiq strukturların fikirləri, həmçinin Belousovun rəyi də var. Məhz o, administrasiyada, sonra isə hökumətdə strateji qərarların qəbul edilməsinə, ümumi razılığın əldə olunmasına və bunların Putinin fikri ilə əlaqələndirilməsinə cavabdeh idi”.

Fərhad Məmmədov: “Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə  reinteqrasiyasının formalaşdırılmasına START VERİLİB”

Fərhad Məmmədov

Fərhad Məmmədov Belousovun müdafiə naziri təyin olunması təşəbbüsünün əsas məqsədlərini sadalayıb: “Müharibə edən ölkədə hərbi rütbəsi olmayan şəxsin müdafiə naziri təyin edilməsi hansı mənaya gəlir? Fikrimcə, burada üç əsas məqsəd var: birincisi, müdafiə sahəsinə ayrılan böyük maliyyə vəsaitlərinə tam nəzarət; ikincisi, müharibədə bütün məsuliyyətin Baş Qərargaha verilməsidir. Üçüncüsü isə odur ki, Putin bütün iqtisadiyyatı tamamilə və geriyə dönüşü olmayacaq şəkildə hərbi vəziyyətə keçirmək qərarı verib. Bu, generalların xoşuna gələcək. Amma təyinatla bağlı, əksinə, bunu demək mümkün deyil”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğluna görə, Putin Ukraynadakı müharibənin gedişatından ilk gündən narazı idi: “Çünki Putin Krımın ilhaqı kimi Ukraynanın tən yarısının işğalını da bir neçə günə bitirməyi planlaşdırırdı. Olmadı, müharibə uzandı və Kreml sahibi buna görə dostu müdafiə naziri Sergey Şoyqudan narazı qalmalı idi. Ancaq Putin Şoyqunu istefaya göndərməyə ehtiyat edirdi. Bu halda Kreml sahibinin müharibənin gedişatından narazı qaldığı büruzə veriləcəkdi. Prezident seçkisindən sonra hökumətdə yerdəyişmələr üçün münbit zəmin formalaşıb. Kreml sahibi Sergey Şoyqunu müdafiə naziri vəzifəsində təsdiq etməməsini yeni komandanın formalaşması kimi qələmə verəcək”. 

Analitikin fikrincə, Putin 65 yaşlı iqtisadçı Andrey Belousovu iki səbəbdən müdafiə naziri təyib edib: “Birincisi, Putin ordudakı korrupsiyadan narazıdır, hərbiyə və müdafiə sənayesinə ayrılan pulların bir qismi generalların varlanmasına xidmət edir. Putin Belousovdan orduda korrupsiya hallarını ortadan qaldırmağı tələb edəcək. İkincisi, Belousov ordunun təchizatını modernləşdirməlidir. Belousovun müdafiə naziri təyin edilməsi göstərir ki, Putinə bu vəzifədə peşəkar hərbçi lazım deyil. Kreml sahibinə ordunun maliyyəsinə və təchizatına nəzarət edən texniki müdafiə naziri lazımdır. Müharibəyə Baş Qərargah rəisi və onun müavinləri başçılıq edir və onlar birbaşa Putinə hesabat verirlər”. 

E.Şahinoğlunun sözlərinə görə, Kreml sahibinin Nikolay Patruşevi Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırmasının da mənası var: “Patruşev bu vəzifədə ikən yerli və xarici ekspertlər Putinin onu varis kimi seçəcəyini ehtimal edirdilər. Putin bu ehtimalların üstündən xətt çəkdi. Bəs Şoyqunun Patruşevin yerinə Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatı onun Putinin varisi olacağına zəmin yaradırmı? Bunu indidən söyləmək çətindir. Putin Şoyqunu yanında saxlamaq istəyir. Ancaq Şoyqu müharibə gedişatında Putinin etibarını doğrultmayıb. Müharibə qısa müddətdə Rusiyanın xeyrinə bitsəydi, Şoyqunun Putinin varisi olacağı ehtimalı artacaqdı. Ancaq müharibə uzandı və nə zaman bitəcəyi də bəlli deyil. Putin varis üzərində düşünməmiş deyil, ancaq o bunu son anda müəyyənləşdirəcək”./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul etdi

    İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul etdi ...

    13-10-2014, 16:39

  • 
  • Putin Rusiyanın atom sualtı qayıqlarını döyüş vəziyyətinə gətirdi

    Putin Rusiyanın atom sualtı qayıqlarını döyüş ...

    16-03-2015, 18:34

  • 
  • Müdafiə naziri Moskvaya getdi

    Müdafiə naziri Moskvaya getdi ...

    11-08-2017, 13:25

  • 
  • Pentaqon Rusiyanın Suriyada əməkdaşlıq təklifinə cavab verdi

    Pentaqon Rusiyanın Suriyada əməkdaşlıq təklifinə ...

    22-02-2017, 11:47

  • 
  • Şoyqunun kürəkəni Rusiya baş prokurorunun yeni müavini oldu

    Şoyqunun kürəkəni Rusiya baş prokurorunun yeni ...

    15-03-2019, 11:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu