Gundemxeber.az » Dünya » Qazaxıstandan olan rus ailənin Rusiyadan deportasiyası baş tutmayıb
Rusiya Federasiyasında Sverdlovsk vilayət məhkəməsi rayon məhkəməsinin Morozovlar ailəsinin ölkədən çıxarılması barədə qərarını ləğv edib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, 2023-cü ilin sentyabrında Qazaxıstanın üç vətəndaşı İrina Morozova, Karina Morozova və Nikita Qaysin pul qazanmaq üçün Rusiyaya daxil olublar, aprelin sonunda Yekaterinburq rayon məhkəməsi Morozovlar ailəsinin üzvlərinə qarşı inzibati xəta haqqında iş üzrə üç qərardad çıxarıb.
Qazaxıstanlılar miqrasiya qanunlarını pozmaqda günahlandırılıb, hər üçü təqsirli bilinib, hər biri iki min rubl cərimə edilib və onların Rusiya Federasiyasından deportasiya edilməsi barədə qərar çıxarılıb. Ancaq Morozovlar "tarixi vətənlərini" tərk etmək istəməyib, Rusiyada qalmağa ümid edərək, bu qərarlardan yuxarı instansiyaya şikayət ediblər.
"Sverdlovsk vilayət məhkəməsi iş materiallarını öyrənərək və tərəflərin arqumentlərini dinləyərək əlavə cəzanın - Rusiya Federasiyasından deportasiyanın tətbiqi ilə bağlı qərarların ləğvi barədə qərar qəbul edib", - vilayət məhkəməsinin mətbuat xidməti qeyd edib.
Soyadlarından da görünür ki, həmin şəxslər etnik qazax deyillər və vaxtilə Rusiyadan Qazaxıstana köçmüş adamların nəvə nəticələridirlər. Bəs Rusiya məhkəməsi başqa xalqlardan olan şəxslərin bənzər xarakterli şikayətlərinə də bu cür anlayışla yanaşardımı?
GUNDEMXEBER.AZ
8-02-2021, 16:28
22-08-2013, 23:30
27-06-2017, 13:06
13-04-2019, 23:08
12-11-2017, 11:33
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?