İstər yaxşılıq elə, istərsə də pislik. Gec və ya tez hərkəs etdiyi əmələ görə cavabını alır.
Otuz il Azərbaycan ərazisinin iyirmi faizi dılğır ermənilərin işğalında saxlanıldı. Təbii ki, bu ölkəmizdən qat-qat kiçik olan Ermənistanın imkanı daxilində deyildi. Buna şərait yaradan və ərazilərimizi tarmar edən İranla Rusiyanın işi idi. Bəli, biz otuz il müddətində müasir silah-sursatla təchiz olunmağımız tək ermənilərə qarşı yox, İran və Rusiyaya qarşı oldu. Müttəfiqlərimiz də problemlərimizi dəqiqliklə bilib yanımızda oldular. Hətta 44 günlük Vətən müharibəsində İranın ermənilərə artilleriya qüvvələrinin göndərməsinin də şahidi olduq. Həmin ərəfədə Güney Azərbaycanda yaşayan Türk qardaşlarımız İranın ermənilərə silah-sursat daşıdığı maşınları yandırdılar. İndi isə hər şeydən əli üzülən İran prezidenti İbrahim Rəisi gəlib Xudafərin körpüsündə Azərbaycan prezidenti İlham Əliyevin üzünə mırışaraq, qonşuluq etmək istəyir. Bunu vaxtında etmək lazım idi ki, Allah da qəbul edərdi. Amma Allah lazım olan cəzanı verir, yenə də verəcək. Biz öz torpaqlarımız uğrunda savaşdığımıza görə Allahın yardımından faydalana bildik. Amma İran...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?