Fransız polisi və jandarm qüvvələri lazım olduğu müddətəcən Yeni Kaledoniyada qalacaq.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron arxipelaqda olarkən bildirib.
“Yaxın bir neçə saat ərzində Yeni Kaledoniyaya yerləşdiriləcək təhlükəsizlik qüvvələri lazım olduğu müddətcə orada qalacaq. Prioritet məqsəd qayda-qanunları bərpa etməkdir”, - prezident “X” sosial şəbəkəsində paylaşım edib.
“Le Monde” qəzetinin məlumatına görə, E.Makron Fransa Ali Komissarlığının Yeni Kaledoniyadakı ofisinə səfəri zamanı arxipelaqa göndərilən hüquq-mühafizə orqanları əməkdaşlarının sayının 3 min nəfərə çatdırılacağını bildirib və əlavə edib ki, onlar hətta Olimpiya və Paralimpiya Oyunları zamanı da orada qala bilərlər.
Əlavə edib ki, yerli ictimai-siyasi xadimlər barrikadaların götürülməsinə çağırsalar, fövqəladə vəziyyət uzadılmayacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?