Avropa İttifaqı (Aİ) tərəfindən İrana qarşı sanksiyaların siyahısı genişləndiriləcək.
Gundemxeber.Az xarici mediaya istinadla məlumat verir ki, Aİ ölkələri 10 hüquqi və fiziki şəxsin sanksiyalar siyahısına daxil edilməsinə razılıq verib.
Sanksiyaların tətbiqinin dəqiq tarixi barədə məlumat verilmir.
Xatırladaq ki, Aİ Şurasının aprelin 22-də keçirilən iclasından sonra assosiasiya ölkələri İranın raket və pilotsuz uçuş aparatları istehsalçılarına qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı siyasi razılıq əldə ediblər. Bu qərar Aİ Şurası tərəfindən rəsmiləşdirildikdən sonra Brüssel Tehrana qarşı yeni sanksiyalar tətbiq edə biləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?