Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifət partiyalarını birləşməyə və “Gürcüstan Xartiyasını” imzalamağa dəvət edib.
Bu barədə dövlət başçısı Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edərkən söyləyib.
Onun sözlərinə görə, müxalifət qalib gələrsə, parlament xartiyadakı bəndləri, o cümlədən “ölkənin Avropa kursuna ziyan vuran” qanunların ləğvini, Daxili İşlər Nazirliyində, Dövlət Təhlükəsizliyi Xidmətində və digər qurumlarda islahatları , eləcə də Seçki Məcəlləsinə dəyişikliklər gerçəkləşdirməli olacaq.
Prezident bildirib ki, hökumət siyasi partiyaların nümayəndələrindən deyil, prezidentin özü tərəfindən təsdiqlənəcək. Onlar peşəkarlığı ilə seçilən insanlardan formalaşacaq və bütün bəndlər yerinə yetirildikdən sonra parlament növbədənkənar seçkilər keçirməli olacaq.
Zurabişvili vurğulayıb ki, xartiyaya qoşulmaq nə vahid siyahı, nə də başqa zəruri siyasi birlik tələb etmir və nəzərdə tutmur.
Sorğu
Yeni dizaynımız necədir?