Almaniya ordusunun zabiti Rusiyaya casusluq etdiyi üçün 3,5 il həbs cəzasına məhkum edilib.
Gundemxeber.Az xəbər verir ki, "Tomas H” və təchizat zabiti kimi tanınan əsgər kapitan rütbəsində olarkən Rusiyanın Berlindəki səfirliyi ilə əlaqə saxlayaraq gizli hərbi məlumatları ötürməkdə günahlandırılıb. 2023-cü ilin avqustunda Koblenzdə polis qrupları tərəfindən həbs edilən əsgərin döyüş sursatı təlim sistemləri və təyyarə texnologiyası fotolarını paylaşdığı iddia edilib. Bazar ertəsi Düsseldorf məhkəməsində hakim qarşısına çıxan əsgər Rusiyaya məlumat ötürdüyünü etiraf edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?