GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Münsiflər məhkəməsi Trampın işi ilə bağlı müzakirələrə başlayır

Münsiflər məhkəməsi Trampın işi ilə bağlı müzakirələrə başlayır

Tarix: 30-05-2024, 11:37 Bölmə :Dünya Baxış: 116


Donald Trampın Nyu Yorkda aparılan məhkəmə işində münsiflər məhkəməsi çərşənbə günü keçmiş ABŞ Prezidentinin 2016-ci il prezident seçkisinin nəticəsində təsir etməyə çalışıb-çalışmadığına qərar vermək üçün müzakirələr aparacaq.

Nyu Yok Ali Məhkəməsinin hakimi Huan Merçan çərşənbə axşamı yeddi kişi və beş qadından ibarət münsiflər məhkəməsinə bildirib ki, o, onların müzakirələrinə yol göstərmək üçün hüquqi təlimatları oxuyacaq, daha sonra isə onların bağlı qapılar arxasında qərar vermələri üçün işi onlara təhvil verəcək.

Seçicilərin qeydiyyat siyahısından təsadüfi olaraq seçilən nyu-yorklulardan ibarət münsiflər məhkəməsi Amerika prezidentinin üzləşdiyi ilk cinayət işində beş həftə boyunca şahidlərin ifadələrini dinləyiblər. Daha sonra bazar ertəsi günü isə onlar Trampın müdafiə vəkili Todd Blanç və ittihamçı Coşua Steinqlassın işlə bağlı kəskin ziddiyyət təşkil edən təqdimatlarını dinləyiblər.

Blanç üç saat sürən son sözlərində ittihamçının əsas şahidi və Trampın bir zamanlar vəkili olan, daha sonra isə Trampın təqsirli tanınmasını istədiyinə dair ifadə verən Maykl Koheni atəşə tutub.

Müdafiə tərəfinin vəkili Koheni yalançı şahid və hüquqlarından məhrum edilmiş vəkil, “bütün zamanların ən böyük yalançısı” və Trampa qarşı ittihamlarla bağlı “ağlabatan şübhənin insan təcəssümü” adlandırıb.

Blanç deyib ki, Kohenin şübhəli ifadəsi, onun Trampın daşınmaz əmlak şirkətindən 60 min dollar pul oğurlaması və illər boyu yalan danışmaq tarixçəsi – ki, bu yalanlar adətən Trampın adından söylənirdi – münsiflər məhkəməsinə ölkənin 45-ci prezidentinə bəraət qazandırmaq üçün kifayət qədər əsas verir.

Kohen ifadəsində deyib ki, Tramp ona “sadəcə olaraq bunu etməsini” – 2016-cı il seçkisinə bir neçə gün qalmış porno-aktrisa Stormi Danielsə on il öncə Trampla bir gecəlik cinsi əlaqəsinin olduğuna dair iddiası ilə bağlı səssiz qalması üçün 130 min dollar pul ödəməsini söyləyib.

Birinə səssiz qalması üçün pul vermək qanunsuz deyil, amma Tramp 34 maddədən ibarət ittiham aktında 2017-ci ildə Kohenə Danielsə ödədiyi pul üçün etdiyi ödənişi gizlətmək üçün şirkətin biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunur. Tramp həmin pulu Kohenə göstərdiyi hüquqi xidmətlər üçün ödənildiyini iddia edib. Trampın vəkilləri iddia edib ki, Kohen pulu öz iradəsi ilə və Trampın xəbəri olmadan Danielsin vəkilərinə göndərib.

İttihamçı Steinqalss çərşənbə axşamı gec saatlaradək davam edən beş saatlıq son sözündə Kohenin çatışmazlıqlarını etiraf edib, amma bunun "diqqəti yayındıran bir məsələ" olduğunu iddia edib və Trampın “2016-cı il seçkilərinə müdaxilə etmək üçün” konspirasiya ilə məşğul olduğunu bildirib.

O iddia edib ki, Tramp və Kohenin 2015-ci ilin avqustunda National Enquirer tabloidinin naşiri ilə Trampla bağlı nalayiq hekayələrin haqlarını alıb, onları gizlətməsi və onun siyasi rəqibləri ilə bağlı mənfi və şişirdilmiş hekayalər yazması üçün əldə etdiyi razılıq “demokratiyanı devirməyə” bərabərdir və Danielsə səssiz qalması üçün pulun ödənilməsinə gətirib çıxarıb.

Steinqlass deyib ki, həmin qəzet Trampın 2016-ci il seçki kampaniyasının “gizli qolu” olub, çünki o, Trampın nikahdan kənar uşağı olduğuna dair yalan iddiasını gizlətməsi üçün Nyu Yorkda Trampın binasındakı qapıçıya 30 min dollar, Trampla 2006-2007-ci illərdə aylarla davam edən münasibətinin olduğunu iddia edən Playboy modeli Karen MakDuqala 150 min dollar pul ödəyib.

Tramp MakDuqalın da iddiasını rədd edib, ancaq Peker ifadəsində Trampın prezident olandan sonra 2017-ci ildə Ağ Evdə gəzərkən ondan hal-əhvalını soruşduğunu iddia edib.

Danielsin Trampla əlaqəsi olduğuna dair iddiası ilə bağlı isə Steinqlass münsiflər məhkəməsinə deyib ki, “Siz deyə bilərsiniz ki, cənab Trampın 2016-cı il seçkisindən 10 il öncə porno ulduzla yatdığı kimin vecinədir. Bir çoxları belə düşünür. Amerika xalqının onlara əhəmiyyət verib-verməməsi barədə qərar vermək hüququnun olmadığını demək isə daha çətindir.”

Blanç isə münsiflər məhkəməsinə “Prezident Tramp günahsızdır. O heç bir cinayət törətməyib, və rayon prokuroru haqlı olduğunu göstərmək üçün kifayət qədər sübüt irəli sürməyib -nöqtə” deyib.

O deyib ki, işi nəzərdən keçirən münsiflər məhkəməsi “çox tez və asan şəkildə təqsirsizlik hökmünü" çıxarmalıdır.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azad söz qrupu Trampı Twitter istifadəçilərini blok siyahısından çıxarmağa çağırır

    Azad söz qrupu Trampı Twitter istifadəçilərini ...

    13-08-2018, 12:12

  • 
  • ABŞ-da Azərbaycan əsilli iş adamının məhkəməsi başlayır

    ABŞ-da Azərbaycan əsilli iş adamının məhkəməsi ...

    27-04-2016, 16:56

  • 
  • Nyu-York məhkəməsi Ağalarovların adı keçən iddianı qəbul etmədi, Tramp bərk sevindi

    Nyu-York məhkəməsi Ağalarovların adı keçən ...

    1-08-2019, 13:44

  • 
  • Trampın fərmanına qarşı şikayəti məhkəmə rədd etdi

    Trampın fərmanına qarşı şikayəti məhkəmə rədd etdi ...

    5-02-2017, 14:24

  • 
  • Ali Məhkəmə Boris Consonun parlamenti təxirə salmaq qərarının qanunsuz olduğuna dair qərar çıxarıb

    Ali Məhkəmə Boris Consonun parlamenti təxirə ...

    25-09-2019, 14:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu