Britaniyanın Ali Məhkəməsi çərşənbə axşamı Boris Consonun parlamentin işini beş həftəlik təxirə salmaq qərarının qanunsuz, “faydasız və təsirsiz” olduğuna dair qərar çıxarıb.
Məhkəmə yekdilliliklə verilən qərarda parlamentin işinin Britaniyanın Avropa İttifaqından ayrılmasından öncəki səkkiz həftənin beş həftəsi boyu dayandırılmasını xüsusi vurğulayıb.
Hazırda BMT-nin Baş Assambleyası üçün Nyu Yorkda səfərdə olan Conson qərarla razılaşmasa da, ona hörmət edəcəyini deyib.
“Aydındır ki, biz bu qərara hörmət edəcəyik və biz məhkəmə prosesinə hörmət edirik. Mən demək istəyirəm ki, mən hakimlərin tapıntıları ilə razılaşmıram. Mən bunun düzgün olduğunu düşünmürəm. Amma biz bu qərara əməl edəcəyik və parlamentin işi bərpa olunacaq”, Conson söyləyib.
Consonun qərarına əsasən parlamentin işi oktyabrın ortasınadək dayandırılacaqdı, lakin məhkəmənin çərşənbə axşamı çıxardığı qərarında bildirilib ki, liderlər parlamentin işini “mümkün qədər tez” bərpa etmək üçün “dərhal addım ata” bilərlər.
Baş nazir Britaniyanın Avropa İtiffaqından ayrılmağına dair razılıq əldə olunsa da, olunmasa da, Brexiti həyata keçirəcəyini vəd edib. O, parlamentin işini təxirə salandan qısa müddət sonra Britaniyanın kraliçası Elizabet Consonun razılıq olmadan Brexiti həyata keçirməsinin qarşısını alacaq qanun layihəsini təsdiq edib.
Conson sabiq baş nazir Tereza Meyin İcmalar Palatasının onun Aİ ilə əldə etdiyi razılığı üç dəfə təsdiq etdirə bilməməsindən sonra hakmiyyətə gəlib. Avropa liderləri bu danışıqları bərpa etməyə niyyətlərinin olmadığına işarə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?