Gundemxeber.az » Dünya » ABŞ-dan gözlənilməz xəbər: Qiymətlər düşməyə başladı
Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları gözləniləndən daha çox - 4,16 milyon barel azalaraq 454,69 milyon barrelə düşüb.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə məlumat ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında açıqlanıb.
Hesabata əsasən geridə qalan həftədə benzin ehtiyatları 2,02 milyon barel artaraq 228,84 milyon barel təşkil edib.Kommersiya distillat ehtiyatları isə 2,54 milyon barel artaraq 119,29 milyon barelə çatıb.
Mütəxəssislər neft ehtiyatlarının 1,15 milyon barrel, benzin ehtiyatlarının 1,5 milyon barrel azalacağını və distillat ehtiyatlarının eyni səviyyədə qalacağını gözləyirdilər.
Qeyd edək ki, dünya bazarında neft qiymətləri 1 dollara yaxın azalaraq Brent markası üçün 82 dollar təşkil edir.
GUNDEMXEBER.AZ
7-03-2024, 10:48
5-04-2023, 23:27
3-06-2016, 02:23
3-08-2018, 12:24
4-06-2021, 10:23
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?