Gundemxeber.az » Dünya » Bu gün İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması başa çatır
İyunun 3-də yerli vaxtla saat 18:00-da İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması prosesi başa çatır.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə məlumatı “Tasnim” yayıb.
Bildirilib ki, bu günədək 37 iddiaçı qeydə alınıb. Onların arasında İran siyasi elitasının nümayəndələri Mahmud Əhmədinejat, Səid Cəlili və Əli Laricaninin də adları var.
İddiaçılar Daxili İşlər Nazirliyi və Nəzarət Şurası tərəfindən araşdırıldıqdan sonra prezidentliyə namizəd olaraq qeydə alınacaq. İyunun 12-27-dək seçkiqabağı kampaniya olacaq. İyunun 28-də isə növbədənkənar 14-cü prezident seçkisi keçiriləcək.
Qeyd edək ki, ötən dörd gün ərzində 137 nəfər iddiaçı olmaq üçün ərizə ilə müraciət edib. Onlardan 15-i qadın, 22-si kişi olmaqla 37 iddiaçının namizədlik üçün ərizəsi qəbul edilib. Namizədlərin adları iyunun 12-də açıqlanacaq.
GUNDEMXEBER.AZ
9-05-2013, 10:53
15-06-2013, 00:20
16-06-2021, 10:24
25-08-2013, 14:32
12-09-2013, 16:26
Sorğu
Yeni dizaynımız necədir?