Çinin “Yuytu” (Nefrit dovşan) adlı lunaxodu bazar günü səhər onu daşıyan moduldan ayrılaraq yarım saat sonra Ayın səthinə çıxıb. Proses bütünlüklə videoya çəkilib. “Nefrit dovşa”nı şənbə günü Bakı vaxtıyla 18.11-də “Çanye-3” təhqiqat aparatının bortunda ayın səthinə enib. Bazar günü səhər isə yerin süni peykinin səthinə çıxıb. Bu, Çin kosmik aparatının Aya ilk enişi kimi tarixə keçib. Lunaxod saatda 200 metr sürətlə hərəkət edə bilir. Onun əsas məqsədi Ayın geoloji quruluşu və səthindəki cismləri öyrənməkdir. “Nefrit dovşan”ın yerin süni peykində üç ay qalması nəzərdə tutulur. Lunoxod ilahə Çanyeyə məxsus mifik dovşanın şərəfinə belə adlandırılıb.
Sorğu
Yeni dizaynımız necədir?