Gundemxeber.az » Dünya » Azərbaycanda Çin avtomobillərindən şikayətlər artır - Daha biri sürücüdən ETİRAZ / VİDEO
Son illər sürətlə Azərbaycanın avtomobil bazarına daxil olan Çin istehsalı maşınlar ilə bağlı sürücü şikayətləri artmağa başlayıb. Sürücülər daha çox Çin istehsalı olan avtomobillərin servis xidmətinin olmamasından və ehtiyat hissələrinin tapılmamasından narazılıq edirlər.
GUNDEMXEBER.AZ bildirir ki, konkret.az belə sürücülərdən birinin sosial şəbəkə vasitəsilə etdiyi etirazı təqdim edir.
Belə ki, Çin istehsalı olan “Changan” markalı avtomobilin sürücüsü bu modelin ehtiyat hissələrinin olmamasından şikayətlənir.
O, avtomobilin arxa hissəsinə “Çinin oyuncağı”, “6 aydır ehtiyat hissəsi gözləyirəm, satanda belə deməmişdilər” sözlərini yazaraq öz etirazını bildirir.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda Çin istehsalı olan avtomobillər nisbətən ucuz satılsa da, amma keyfiyyətsizliyi ilə ciddi narazılığa səbəb olub.
https://www.facebook.com/watch/?v=988108809332977
GUNDEMXEBER.AZ
11-02-2016, 21:35
2-06-2017, 23:43
18-04-2023, 22:03
8-12-2014, 20:28
4-01-2016, 18:15
Sorğu
Yeni dizaynımız necədir?