"Birləşmiş Ştatlar tezliklə Ukraynaya 225 milyon dollar dəyərində silah və yardım paketi göndərəcək".
GundemXeber.Az xarici mediaya istinadla bildirir ki, ABŞ Prezidenti Co Bayden Parisdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə yeni tranşı açıqlayıb.
O, Vaşinqtonun yardımını dayandırmaq niyyətində olmadığını vurğulayıb və Konqresdəki Respublikaçılar ucbatından yeni paketin təsdiqlənməsini aylarla gecikdirdiyinə görə üzr istəyib.
"Bu qanun layihəsini qəbul etməkdə çətinlik çəkdik. Çox mühafizəkar üzvlərimizdən bəziləri bunu dəstəklədi. Sonda biz bunu bacardıq", - deyə o bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?