“ABŞ Ukraynaya 500 milyon dollar məbləğində yardım paketi təqdim edəcək”.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Prezidenti Cozef Bayden fevralın 20-də Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə bildirib.
Onun sözlərinə görə, yardım paketi fevralın 21-də elan olunacaq.
Məlumata görə, Ukraynaya yardımla yanaşı fevralın 21-də Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiya paketi də elan olunacaq.
Xatırladaq ki, C.Bayden fevralın 20-də gözlənilmədən Ukraynaya səfər edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?