Donald Trampın Nyu-Yorkda cinayət məsuliyyətinə cəlb edilməsindən sonra Arizonada etdiyi ilk çıxışı 11 amerikalı üçün yaxşı qurtarmayıb. İsti hava öz təsirini göstərib, nəticədə eks-prezidentin tərəfdarları istivurma səbəbindən xəstəxanaya yerləşdiriblər.
Gundemxeber.Az xarici mediaya istinadla bildirir ki, bu barədə Feniks Yanğından Mühafizə İdarəsi məlumat yayıb.
Çıxışı zamanı Tramp zərərçəkmişlərin adlarını çəkməsə də, zarafatla deyib ki, onu görməyə gələn izdihamın böyük qismi içəri daxil ola bilməyib.
Bundan əlavə, keçmiş prezident barəsində qaldırılan ittiham ilə bağlı şərh verməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?