ABŞ tarixində hələ indiyədək prezidentliyə namizədlərin belə qalmaqallı seçki prosesi olmayıb.
İş o yerə çatıb ki, 18 oktyabrda səhər saatlarında Nyu-Yorkun mərkəzi sayılan Manhettendə, metro çıxışı qarşısında Hillari Klintonun yüngül materialdan hazırlanmış heykəlini küçənin ortasına çıxarıblar.
Moderator.az ABŞ mediasına istinadən xəbər verir ki, heykəldə Klinton faktiki lüt çəkilib və ayaq yerinə inək dırnaqları qoyulub. Sosial şəbəkələri dolduran video materiallardan məlum olur ki, bir qadın heykəli yıxır və onu yerinə qaytarmaq istəyənin üstünə gedir və bunu bir qadın kimi özünə təhqir hesab edir
Qeyd edək ki, bu cür qalmaqala səbəb avqust ayında Trampın da çılpaq heykəlinin bir sıra şəhərlərdə,o cümlədən Nyu-Yorkda nümayiş etdirilməsi olub.
Təqdim etdiyimiz şəkillərə görə oxucularımızdan üzr istəyirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?