Gundemxeber.az » Dünya » Türkiyədə xaricilərə mənzil satışı 35 faizə yaxın azalıb
Bunu ilin may ayında Türkiyədə 110 588 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azdır.
GUNDEMXEBER.AZ Türkiyə Statistika Qurumunun məlumatına istinadən xəbər verir ki, may ayında əcnəbilərə 2064 mənzil satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,8 faiz azdır. Əcnəbilərə daşınmaz əmlak satışının ümumi payı 1,9 faiz təşkil edib. Yanvar-may aylarında xaricilərə daşınmaz əmlak satışı 45,8 faiz azalaraq 9021 ədədə düşüb.
May ayında Rusiya vətəndaşları yenidən Türkiyədə mənzil almaqda lider olublar: onlar 437 daşınmaz əmlak alıblar. Bu rəqəm rusların müvafiq olaraq 411 və 293 yaşayış obyekti aldığı mart və aprel ayları ilə müqayisədə daha yüksəkdir.
May ayı üzrə rəsmi statistikaya görə, İran vətəndaşları Türkiyədə mənzil almaqda ikinci yerdə (207), Ukrayna vətəndaşları (171) üçüncü yerdə gəlir. Türkiyədə ev alqı-satqısı üzrə ilk üçlük bir il yarımdan çoxdur ki, dəyişməyib.
May ayında əcnəbilərlə ən çox daşınmaz əmlak alqı-satqısı Antalyada (797), İstanbulda (668) və Mersin vilayətində (164) bağlanıb.
GUNDEMXEBER.AZ
19-04-2024, 21:30
13-08-2016, 10:45
13-06-2016, 01:45
5-12-2016, 12:38
25-08-2017, 12:33
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?