Gundemxeber.az » Dünya » Putin qiymət tavanına əməl edənlərə neft satışının qadağan olunması müddətini artırdı
Rusiya prezidenti Vladimir Putin “Bəzi xarici dövlətlər tərəfindən Rusiya nefti və neft məhsullarının maksimal qiymətinin müəyyən edilməsi ilə əlaqədar yanacaq-energetika sektorunda xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərmanının müddətini 2024-cü il dekabrın 31-dək uzadıb.
GUNDEMXEBER,AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fərman ilk dəfə 2023-cü il fevralın 1-dən qüvvəyə minib və müddəti bir neçə dəfə uzadılıb. Fərman Qərbin Rusiya neftinə təyin etdiyi qiymət tavanına əməl edən fiziki və hüquqi şəxslərə neft və neft məhsullarının satışını qadağan edib.
Xatırladaq ki, G7 və Aİ ölkələri Rusiya nefti və neft məhsullarının idxalına qadağa qoyub, lakin öz ölkələrinin gəmi sahiblərinə həmin məhsulları müəyyən olunmuş qiymətdən yuxarı satılmadığı halda daşımağa icazə verir. Rusiya neft və neft məhsullarına embarqonun və qiymət tavanının məqsədi dünya bazarında neft və neft məhsullarının tədarükünü saxlamaqla, enerji resurslarının satışından Rusiya büdcəsinin gəlirlərini məhdudlaşdırmaqdır.
GUNDEMXEBER,AZ
29-11-2014, 22:34
2-03-2020, 10:32
13-01-2015, 16:59
14-01-2016, 21:59
16-04-2021, 14:37
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?