Gundemxeber.az » Dünya » “Ermənistanı KTMT-dən qovmaq lazımdır”-Rusiyadan tələb
“Rusiya Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) qovmalıdır”.
Rusiyalı politoloq Yuri Svetov belə deyib. Svetovun fikrincə, İrəvan Rusiya tərəfinin bu cür davranışa nə qədər dözəcəyini sınayaraq KTMT ilə əməkdaşlıq etmək istəmədiyini dəfələrlə nümayiş etdirib. Svetov xatırladıb ki, Ermənistan əvvəllər öz nümayəndəsini KTMT-yə sədr təyin etməkdən, sonra birgə manevrlər keçirməkdən və təşkilatın büdcəsinin maliyyələşdirilməsindən imtina edib. Politoloqun fikrincə, Ermənistanın hərəkətlər Rusiyanın reaksiyasının sınağıdır.
“Biz Ermənistanı KTMT-dən çıxarmalıyıq. Onlar özlərini belə aparırlar, hesab edirlər ki, KTMT-nin Ermənistana ehtiyacı var”, - ekspert deyib.
Onun fikrincə, Rusiya bir neçə kresloda oturmağa can atan və ABŞ-ın ardınca gedən Ermənistana hər şeyi bağışlayır. Bütün bunlar isə onu deməyə əsas verir ki, tezliklə ölkə həqiqətən də KTMT-dən çıxa, ABŞ-la yaxınlaşmağa doğru irəliləyə bilər.
“Gürcüstan bütün bunları Saakaşvilinin dövründə edib. İndi bütün bunlar 20 ildən sonra təkrarlanır və Ermənistan üçün də nəticə eyni olacaq”, - deyə Svetov yekunlaşdırıb.
Yada salaq ki, iki gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağı və bir daha təşkilata qayıtmayacağını bildirib.
O, bu barədə parlamentdə çıxışı zamanı deyib.
Paşinyan ad çəkmədən bəyan edib ki, Ermənistanın keçmiş hakimiyyəti "köpük ittifaqı"na girib, lakin sonra qurumun Ermənistanı müdafiə etmədiyi üzə çıxıb.
"Çıxacağıq, geri qayıtmayacağıq", - deyə o, zaldan gələn replikalara cavab olaraq bildirib. Maraqlıdır ki, bu bəyanatdan sonra xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib. "Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxacağını bəyan etməyib"-Ararat Mirzoyan deyib. O bildirib ki, İrəvanın təşkilatdan nə vaxt çıxacağına Ermənistan hakimiyyəti qərar verəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Paşinyanın bəyanatına münasibət bildirib. O, Rusiyanın İrəvanın KTMT ilə bağlı mövqeyini aydınlaşdırmaq üçün Ermənistanla işləməyə davam edəcəklərini bildirib. “Biz erməni dostlarımızla işi davam etdirəcəyik, onların mövqeyini aydınlaşdıracağıq. Ümid edirik ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalacağıq”, – deyə Peskov bildirib./musavat.com.
25-11-2022, 16:55
22-11-2018, 14:43
9-10-2020, 15:11
1-09-2018, 16:46
7-10-2020, 15:33
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?