Ermənistanın hakim partiyası parlamentin Baş nazir Nikol Paşinyanın istefasını müzakirəyə çıxaracağı növbədənkənar iclasda iştirak etməyəcək.
GUNDEMXEBER.AZ xəbər verir ki, iclasın baş tutması üçün yetərincə səs toplanmayıb.
Bundan əvvəl parlamentin spikeri Alen Simonyan bildirib ki, 4 saat ərzində lazımi sayda səs toplanarsa, iclas davam etdiriləcək.
Qeyd edək ki, 107 deputatı olan parlamentdə Paşinyan fraksiyasının 71 mandatı var. Müxalifət ötən həftə parlamentdə hökumətin istefası və yeni parlamentin formalaşdırılması ilə bağlı təklif səsləndirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?