Noyabr ayından yeni ilə kimi 30 minə yaxın biletin satıldığı bildirilir
Həyat tərzi İspaniyada ilk yüksəksürətli qatar Barselonadan bir başa Parisə yola düşüb. ANS PRESS-in "Euronews"a istinadən verdiyi məlumata görə, müasir texnologiya sayəsində uzun yolu qısa vaxta - cəmi 6 saat yarıma başa vurmaq mümkün olub. Barselona-Paris sürət qatarından istifadə edən ilk sərnişinlər xidmətdən və yeni dəmiryolu xəttindən çox razı qalıb.
Sərnişinlərdən birinin sözlərinə görə, bu ona görə sərfəlidir ki, həm vaxt udmuş oluruq, həm də bu əlaqə ilə iki ölkə bir-birinə effektiv şəkildə yaxınlaşır
Dəmiryolu xətti əslində yarım il əvvəl istifadəyə verilməli olsa da, texniki problemlər ucbatından xəttin açılışı yubanıb. Başlanğıc olaraq, Fransanın “Es-En-Si-Fİ” şirkəti İspaniyanın “Renfe” şirkəti ilə müştərək olaraq xəttə günə 5 qatar buraxacaq. Qatarın sərnişinlərə aid hissəsində 2 sinif vaqon istifadəyə verilib. Bundan başqa qatar restoran vaqonu ilə təchiz edilib. Noyabr ayının 28-ən yeni ilə kimi 30 minə yaxın biletin satıldığı bildirilir. Barselona-Paris sürət qatarına biletin qiyməti 59-170 avro arasında dəyişir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?