ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirərək 4 fiziki və 44 hüquqi şəxsi də ora daxil edib.
Gundemxeber.Az xəbər verir ki, bu, nazirliyin dərc etdiyi yenilənmiş siyahılardan aydın olur.
Məhdudiyyətlər İran vətəndaşlarına, eləcə də İran, BƏƏ, Çin, Türkiyə və Marşal adalarında qeydiyyatdan keçmiş şirkətlərə şamil edilib.
ABŞ Maliyyə Nazirliyi bildirir ki, siyahılara daxil edilən şəxslərin İran Silahlı Qüvvələrinin Müdafiə və Dəstək Nazirliyi tərəfindən istifadə edilən “kölgə bank şəbəkəsi” ilə əlaqəlidilər, beynəlxalq maliyyə sisteminə çıxış əldə etmək üçün İslam İnqilabı Keşikçiləri Korpusuna(SEPAH) yardım edirlər. Qeyd olunur ki, bu şəbəkə “xaricdə əldə edilən gəlirləri gizlətməyə imkan verir” və daha sonra onlar “pilotsuz uçuş aparatları kimi qabaqcıl silah sistemlərinin hazırlanmasına” sərf olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?