Gundemxeber.az » Dünya » Alimlərdən xəbərdarlıq: Bu ölkənin əhalisi təhlükə altındadır
İslandiyanın cənub-qərb bölgəsindəki Reykyanes yarımadasında vulkan püskürmələri illərlə və ya onilliklərlə davam edə, bununla da ada ölkəsinin əhalisinin 70%-ni təhdid edə bilər.
Bu qənaətə ABŞ, İsveç, Çexiya və İslandiyadan olan beynəlxalq alimlər qrupu gəlib.
Məlumata görə, İslandiyada müntəzəm olaraq vulkan püskürmələrinə baxmayaraq, Reykyanes yarımadası təxminən 800 ildir ki, sakit vəziyyətdədir. Lakin onun əvvəlki vulkanik dövrü əsrlər boyu davam edib ki, bu da elm adamlarını tarixin təkrarlanacağına dair qorxuya salıb.
Komanda üç illik müşahidələri, o cümlədən seysmik məlumatlar və lava nümunələrinin təhlilini analiz edib. Alimlər belə nəticəyə gəliblər ki, 2021-ci ildə Reykyanes bölgəsi yeni vulkanik dövrə qədəm qoyub.//Oxu.az
3-01-2015, 11:33
26-01-2016, 10:07
28-12-2014, 13:21
19-12-2023, 21:23
5-07-2021, 12:56
Sorğu
Yeni dizaynımız necədir?