ABŞ-nin Corciya ştatının Atlanta şəhərində hazırkı prezidenti Cozef Bayden və keçmiş prezident Donald Tramp arasında seçkiqabağı teledebatlar baş tutub.
Gundemxeber.Az xəbər verir ki, CNN-in təşkil etdiyi və canlı yayımladığı debatın ilk raundu saat yarım davam edib. İlk dəfə olaraq studiyada tamaşaçı olmayıb, iki CNN aparıcısı müzakirəyə moderatorluq edib və suallar verib. Bayden və Tramp növbə ilə danışıblar, bir iştirakçı danışarkən digərinin mikrofonu səssiz qalıb.
Müzakirənin birinci hissəsi Amerikanın daxili gündəmində olan iqtisadi problemlər, miqrasiya, abort və digər məsələlərə həsr olunsa da, söhbət tez bir zamanda beynəlxalq mövzulara keçdi.
Əvvəlcə söhbət Amerika qoşunlarının Əfqanıstandan xaotik çıxarılmasına getdi - Tramp bunu “ölkə tarixində ən biabırçı məqam” adlandırıb və sonra deyib ki, bu vəziyyət başqa şeylərlə yanaşı, Rusiyanı Ukraynanı işğal etməyə sövq edib.
"Həyatımda heç vaxt bu qədər cəfəngiyat eşitməmişəm", – Bayden söyləyib.
Tramp növbəti dəfə qələbə qazanacağı təqdirdə münaqişəni həll edəcəyini bir daha bəyan edib, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh üçün irəli sürdüyü şərtləri məqbul hesab etmədiyini vurğulayıb.
Debat iştirakçıları mütəmadi olaraq bir-birlərini yalan danışmaqda ittiham edir və bir-birlərini söz atəşinə tuturdular. Jozef Biden bir məqamda Trampın hərbi qulluqçulara və veteranlara münasibətini toxunaraq keçmiş prezidenti uğursuz adlandırıb. Tramp isə Baydeni tarixin ən pis prezidenti adlandırıb.
Sorğu
Yeni dizaynımız necədir?