Dünya Bankının İcraçı Direktorlar Şurası Ermənistanın hərtərəfli sağlamlıq imkanları proqramını dəstəkləmək məqsədilə 110 milyon ABŞ dolları (102 milyon avroya ekvivalent) krediti təsdiqləyib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, yeni kreditin məqsədinin bütün ölkə ərazisində tibbi xidmətlərin əlçatanlığını təmin etmək və səhiyyə sektorunda dövlət xərclərinin səmərəliliyini artırmaq olduğu qeyd edilib. Buraya tibb bacılarının və ailə həkimlərinin hazırlığının təkmilləşdirilməsi, təyin olunmuş dərman vasitələrinin qiymətlərinin aşağı salınması kimi proqramlar daxildir.
Sorğu
Yeni dizaynımız necədir?