Gundemxeber.az » Dünya » Təbrizdə üç siyasi məhbusun aclıq aksiyası keçirdiyi bildirilir
Təbriz Mərkəzi Həbsxanasında üç siyasi məhbus iyunun 24-dən aclıq aksiyası keçirir.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Təbriz Mərkəzi Həbsxanasında üç azərbaycanlı siyasi məhbus Kərim İsmayılzadə, Salar Tahir Əfşar və Milad (Elşən) Cəlili aclıq aksiyası keçirir. Təbriz həbsxanasında bu siyasi məhbusların aclıq aksiyası Evin həbsxanasında saxlanılan fəallara dəstək məqsədilə keçirilib.
Azərbaycanlı siyasi məhbuslar Evin həbsxanasında nəzarət altında saxlanılan azərbaycanlı fəalların tələblərinin haqlı olduğunu bəyan edərək, onlara qarşı saxta ittihamlar irəli sürüldüyünü bildiriblər. "Həmfikirlərimizin problemləri həll olunana qədər onlarla birlikdə aclıq aksiyasına başladıq ki, həqiqət öz yerini tapsın” - deyə, siyasi məhbuslar bildirib.
Hazırda bu məhbuslar Təbriz həbsxanasında 10 gündür aclıq edirlər və onların, o cümlədən Kərim İsmayılzadənin səhhətinin ağır olduğu bildirilir.
Kərim İsmayılzadə bir müddət əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar həbsxanadan kənar xəstəxanaya köçürülüb və adekvat müalicə olunmadan dərhal həbsxanaya qaytarılmışdı. Onun həbsxanada olduğu vaxt yayımlanan şəkillərindən siyasi məhbusun səhhətində yaranan problemlər səbəbindən xeyli arıqladığı müəyyən edilmişdi.
Həmçinin, Salar Tahir Əfşarın aclıq aksiyasına başladığı gündən bir həftədən artıq müddət ərzində ailə üzvlərinə onunla görüşmək və telefonla danışmaq qadağan edilmişdi. Bu məhbuslar bundan əvvəl də dəfələrlə Evin həbsxanasında məhbuslara dəstək üçün aclıq aksiyası keçirəcəkləri barədə mesajlar göndərmişdilər.
GUNDEMXEBER.AZ
11-05-2013, 12:12
15-07-2013, 10:38
11-05-2014, 12:57
13-07-2020, 14:00
24-04-2013, 11:24
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?