GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “İrəvanın siyasi iradəsi varsa…” - Mirzoyana cavab

“İrəvanın siyasi iradəsi varsa…” - Mirzoyana cavab

Tarix: 11-07-2024, 14:38 Bölmə :Dünya Baxış: 136



 "Son 1 il 6 ay ərzində Azərbaycanla Ermənistan uzunmüddətli sülhün əldə olunması üzrə danışıqlar prosesində mühüm işlər görüb".

Bu fikirləri ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasındakı görüşdən öncə bildirib. Onun fikrincə, tərəflər arasında sülhün əldə olunması hər iki ölkə və region üçün, xüsusilə də ABŞ ilə əlaqələrdə misilsiz imkanlar yaradacaq. ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller də eyni məsələ ilə bağlı məlumat yayıb. Onun paylaşdığı məlumatda vurğulanır ki, Blinken “davamlı və ləyaqətli” sülh sazişi istiqamətində əldə edilən irəliləyişi müzakirə edib və sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki tərəfi gələcək addımlara təşviq edib. Məlumatda həmçinin bildirilib ki, Blinken regional əlaqələrin təşviqində sülhün vacibliyini vurğulayıb: “Bu isə bütün Cənubi Qafqaz regionuna fayda verəcək bir amildir”. Maraqlıdır ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra özünün “X” paylaşımında “Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün siyasi iradəsinin olduğunu” bəyan edib. Erməni nazir bununla nə demək istəyib? Onun sözündən belə çıxmır ki, Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi sülh müqaviləsi bağlamaq üçün siyasi iradə nümayiş etdirmir?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında Ermənistanın tez-tez bu cür bəyanatlar verməsini “içiboş dil pəhləvanlığı” adlandırıb: “O dövlətin rəsmiləri “siyasi iradə”dən danışa bilər ki, sərhədlərini öz qoşunları qorusun. Torpaqlarında başqa dövlətin qoşunları olmasın. Siyasi iradəsi olan dövlət ilk öncə öz torpaqlarından başqa dövlətlərin qoşunlarını çıxarar, sonra gəlib meydanda dil-dil ötər. Nə yazıq ki, Ermənistan bu şansa malik deyil. Sərhədləri rus qoşunları tərəfindən qorunur, hələ də Rusiyanın 102 saylı hərbi hissəsi Ermənistan ərazisindədir və istənilən an yad ordular ölkənin siyasi həyatına təsir göstərə bilər. Ümumiyyətlə, torpağında başqa dövlətin ordusunu saxlayan ölkə faktiki işğal olunmuş məmləkət deməkdir. Ermənistan isə təkcə rus işğalı ilə razılaşmır. Həm də Fransa, ABŞ ordularını ölkəyə çağırıb öz müdafiəsini onlara tapşırmaq istəyir. Anlamır ki, başqasının himayəsinə sığınan ölkənin siyasi iradəsi olmaz. Çünki himayədarı nə vaxt istəsə, onun qulağını burub “haqq yolu”na gətirər”.

Azərbaycanın sülh müqaviləsi imzalamağa hazır olub-olmamağına gəlincə, siyasi şərhçinin fikrincə, rəsmi Bakının bu barədə fikri bəllidir: “Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Ermənistan öz konstitusiyasındakı ərazi iddiaları ilə bağlı maddələri çıxarmadıqca onunla sülh müqaviləsi imzalamağa dəyməz. Çünki bağladığımız sülh müqaviləsi ilk əvvəl konstitusiyalarımıza uyğun olmalıdır. Əks halda o müqavilələrin heç bir hüquqi qiyməti qalmaz və istənilən an ləğv edilə bilər. Necə ki, 2009-cu ilin oktyabrın 10-da Ermənistan və Türkiyə tərəfindən imzalanmış ikitərəfli Sürix protokolları üzərindən haradasa 10 il keçdikdən Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən qeyri-legitim sənəd kimi qiymətləndirildi və Serj Sarkisyan tərəfindən ləğv olundu. Kim təminat verə bilər ki, bu gün Ermənistanla bağladığımız müqavilə sabah eyni tale ilə üzləşməyəcək? Xüsusilə də ermənilərin yeni himayədarlarının hesabına öz müdafiə güclərini artırıb gözləri ayaqlarını altını görməyəndə. Ona görə də adama deyərlər ki, sən əgər elə siyasi iradə sahibisən, zəhmət çək, ilk öncə Konstitusiyandakı absurd iddiaları çıxart, sonra gəl, danışıqlar masasında otur”.

Bir çox analitiklərin beynəlxalq hüquq normalarının və müqavilələrin milli qanunlardan üstün olduğu fikri ilə razılaşmayan Heydər Oğuz vurğuladı ki, bu prinsip konstitusiyaya şamil olunmur: “Bütün dövlətlərin konstitusiyası qanunların iyerarxiyasında ən yüksək mərtəbədə dayanır. Bu baxımdan Ermənistan konstitusiyasında dəyişiklik edilmədən onunla müqavilə bağlamağın həqiqətən də heç bir hüquqi əsası yoxdur”.

Elədirsə, o zaman ABŞ niyə israrla sülh müqaviləsinin tez imzalanmasını istəyir?

Heydər Oğuzun fikrincə, bunun bir neçə səbəbi var: “Həmin səbəbləri cari və perspektiv planlar kimi xarakterizə etmək olar. Cari planda Bayden hakimiyyəti bizə sülh müqaviləsi imzaladıb, seçkilərə hansısa mühüm beynəlxalq problemi həll etmiş kimi getmək istəyir. Bir növ özünün qısa vədəli hədəfləri üçün bizim milli maraqlarımızla manipulyasiya etməyə çalışır.  Perspektiv planları isə çoxşaxəlidir. Əvvəla, ABŞ sülhə tam hazır olmayan erməniləri lazım gələndə qızışdırıb yenidən bizim və Türkiyənin üsütnə salmaq niyyətindədir. ABŞ-ın müxtəlif coğrafiyalarda həyata keçirdiyi siyasətlərə nəzər salanda bu metoddan ustalıqla faydalandığını görə bilərik. Çox uzağa getməyək, ABŞ-ın ərəb dünyasını yəhudi, Türkiyəni yunan və erməni problemi ilə ram etməyə çalışdığı bu gün hər kəsə bəllidir. Ümumiyyətlə, təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli dondurulmuş problemlər sərf edir - region dövlətlərinə təzyiq göstərib hansısa güzəştlər qoparmaq, özündən asılı vəziyyətə salmaq üçün”.

ABŞ-ın ikinci perspektiv planının Çinin yüksəlişinin qarşısını almaq olduğunu düşünən Heydər Oğuz fikrini belə izah edir: “Məlumdur ki, Çinin “Bir Yol, Bir Kəmər” layihəsinin Orta dəhlizi Cənubi Qafqazdan keçir. ABŞ və Qərb dövlətləri Ermənistanı da bu projeyə əlavə etməklə bu marşruta nəzarət etməyə çalışır. Hətta əsas xəttin Zəngəzurdan keçməsini arzulayır. Məqsədi təbii ki, ermənilərin qara qaşı, qara gözünə aşiqlikdən irəli gəlmir. O, sadəcə, lazım gələndə xarici himayəyə meylli erməniləri qızışdırıb yenidən boş xülyalara sala biləcəyinə inanır. Bu məsələdə arxalandığı əsas amil isə ABŞ-da yaşayan erməni diasporudur. Onlar vasitəsilə erməniləri qızışdıra biləcəyinə inan Vaşinqton hələlik Cənubi Qafqazın iki dövləti arasında problemləri konservləşdirmək istəyir. Bunun üçün də ABŞ-a yarımçıq sülh sazişi daha çox sərfəlidir, nəinki problemin tamamilə həll olunması.

Fikrimcə, üçüncü perspektiv plan isə ABŞ-ın silah sənayesinin maraqları ilə bağlıdır. Bəllidir ki, ABŞ öz silah sənayesinin davamlı inkişafı üçün yeni münaqişə ocaqları, bitməyən problemlər axtarışındadır. Azərbaycanla Ermənistan arasında problemin birdəfəlik həlli bu baxımdan da ABŞ-ın stateji hədəflərinə uyğun deyil”.

Həmsöhbətimiz bildirdi ki, özünü dünən Rusiyanın və İranın, bu gün ABŞ və Qərbin istifadəsinə verən dövlətin “siyasi iradə”dən danışması gülüncdur və boş-boş qürrələnmək əvəzinə, konkret addımlar atıb səmimiyyətlərini ortaya qoymalıdırlar: “Ermənilər üçün ən yaxşı səmimiyyət testi isə təbii ki, Konstitusiyalarını tez bir zamanda dəyişdirmək olardı”.

Bütün bunlara baxmayaraq, siyasi şərhçi istisna etmir ki, ABŞ-ın və digər Qərb ölkələrinin basqılarına məruz qalan Azərbaycan Ermənistanla Konstitusiyasını dəyişdirmədən də sülh müqaviləsi bağlaya bilər: “Məlumdur ki, istənilən qanunun və ya müqavilənin hüquqi qüvvəyə minməsi üçün Milli Məclisin ratifikasiyası lazımdır. Azərbaycan ermənilərlə bağladığı müqaviləni imzalaya, amma onun ratifikasiyasını sonraya saxlaya bilər.  Açığı, mən erməni bəhanələrini çürütmək üçün rəsmi Bakının payıza qədər buna gedəcəyinə inanıram. Təbii ki, Ermənistanın qısa müddətdə öz Konstitusiyasında lazımı dəyişikliklər aparması şərtilə. İrəvan bu addımı atmasa, Azərbaycan sülh sazişini ratifikasiya etməməklə qalmamalı və Ermənistanı dalan çıxaracaq Zəngəzur dəhlizini açmamalıdır. Necə olsa, bizim Gürcüstan üzərindən dünyaya çıxışımız var və o xəttə daha çox üstünlük verilməlidir. Digər tərəfdən İran üzərindən keçən kommunikasiya xəttini də açmaqla da İrəvana sürpriz hazırlaya bilərik. İrəvan başa düşməlidir ki, nə qədər ləng hərəkət etsə, öz strateji əhəmiyyətini ya tamamilə itirəcək, ya da öz avantajını İranla bölüşməli olacaq. Qoy, ondan sonra ermənilər “siyasi iradə” bəhanəsi arxasında gizlənməyin nə olduğunu daha dərindən anlasınlar”.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ABŞ-də danışıqların final raundunu keçirəcəklər

    Bu gün Azərbaycan və Ermənistanın xarici işlər ...

    4-05-2023, 14:20

  • 
  • Blinken Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrı telefon söhbətində ABŞ-ın sülh səylərinə dəstəyini vurğulayıb

    Blinken Azərbaycan və Ermənistan liderləri ilə ...

    13-07-2023, 14:12

  • 
  • ABŞ Dövlət Katibi Azərbaycan və Ermənistan liderləri ilə danışdı

    ABŞ Dövlət Katibi Azərbaycan və Ermənistan ...

    28-11-2023, 12:49

  • 
  • ABŞ Dövlət Katibi və Azərbaycan Prezidenti arasında telefon danışığı olub

    ABŞ Dövlət Katibi və Azərbaycan Prezidenti ...

    12-05-2022, 15:41

  • 
  • Paşinyanın komandası Brüsseldəki uğursuzluqdan şokdadır - KİV

    Paşinyanın komandası Brüsseldəki uğursuzluqdan ...

    6-04-2024, 23:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu