Beynəlxalq hüquqa görə, Ukraynanın özünümüdafiə hüququ var.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. O, Ukraynanın Rusiya ərazisinə zərbə endirmək hüququ ilə bağlı açıqlamasında deyib ki, onun bu məsələdə mövqeyi dəyişməz olaraq qalır: "Biz Ukraynaya silah və texnika, o cümlədən uzaq mənzilli raketlər, xüsusən də ATACMS verməklə özünümüdafiə hüququnu həyata keçirməyə kömək edirik". Stoltenberq həmçinin Rusiya Federasiyasının Xarkov vilayətinə yenidən hücumundan sonra ABŞ-nin Rusiya ərazisində uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri azaltmaq qərarını alqışlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?