Gundemxeber.az » Dünya » Akop Arşakyandan SON DƏQİQƏ sülh müqaviləsi AÇIQLAMASI
“Biz daim demişik ki, sülh müqaviləsi bağlamaq üçün tarixi imkan var”.
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.
Yerli jurnalistlər deputatdan Azərbaycanla demarkasiya və delimitasiya işləri və Bakının bu prosesdə hansı güzəştlərə getdiyi barədə soruşublar.
Arşakyanın sözlərinə görə, proses yeni başlayıb və Azərbaycan tərəfindən növbəti güzəştlərdən danışmaq mümkün deyil. Ermənistan-Rusiya münasibətlərinə gəlincə, Akop Arşakyan bunları söyləyib:
“Biz dəfələrlə bildirmişik ki, cavab gözlədiyimiz suallar var. Hesab edirəm ki, bunlar açıq şəkildə müzakirə olunan məsələlərdir. Bunlar həm KTMT-nin fəaliyyəti, beynəlxalq müqavilələrin icrası, Ermənistanın təhlükəsizlik mühiti, həm də 9 noyabr sənədinin bəndlərinin icrası və icra olunmaması ilə bağlıdır”.
GUNDEMXEBER.AZ
10-11-2018, 14:15
1-09-2018, 16:46
13-08-2014, 17:43
3-11-2023, 16:35
16-08-2018, 16:27
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?