Dağıstanın Ağaçaul kəndində baş verən silahlı insident zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə Dağıstan İstintaq Komitəsi məlumat yayıb. İstintaqla müəyyən edilib ki, iyulun 13-də Ağçaul kəndinin kənarında torpaq mübahisəsi zəminində əvvəllər ədavət münasibətləri olan yerli sakinlər arasında dava düşüb. Dava zamanı sakinlərdən biri qısa lüləli odlu silahdan azı 13 dəfə atəş açıb, nəticədə 1 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, atəş açan şəxs saxlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?