Gundemxeber.az » Dünya » Hindistanın ən zəngin ailəsinin varisi toya gələnlərə bahalı qol saatı hədiyyə edib
Hindistanda "Əsrin toyu"nda seçilmiş qonaqlara 250 min dollar (425 min manat) dəyərində qol saatı hədiyyə edilib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Asiyanın ən zəngin adamı, iş adamı Mukeş Ambaninin 28 yaşlı oğlu bəylərə "Audemars Piguet" brendinin qiyməti təxminən 250 min dollar olan məhdud seriyasının saatlarını hədiyyə edib.
Aksesuarın 18 karatlıq çəhrayı qızıldan qutusu, sapfir kristal korpusu var. Siferblat çəhrayı qızıldan hazırlanıb, mavi xronoqraflar və lüminessent əqrəblərlə təchiz edilib.
Bundan əlavə, saat "Manufacture Calibre 5134" özüqurulan mexanizm və həftənin günü, tarixi, astronomik ay, il, saat və dəqiqələri göstərən daimi əbədi təqvimlə təchiz edilib.
Bundan əvvəl Anant Ambaninin toyuna 600 milyon dollardan çox pul xərcləndiyi məlum olub.
Gundemxeber.az
2-09-2013, 12:43
26-10-2017, 15:22
26-10-2017, 16:34
16-12-2014, 11:36
14-10-2013, 12:49
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?