Azərbaycan və Ermənistan sülh danışıqları prosesində “inanılmaz irəliləyiş” əldə edib və ABŞ tərəfləri bu istiqamətdə təşviq etməkdə davam edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iyulun 15-də keçirdiyi ənənəvi brifinqdə deyib və əlavə edib ki, sülh sazişi hər iki ölkədə və regionda sülh, sabitlik və təhlükəsizlik üçün vacibdir.
“Biz sövdələşmənin mümkün olduğunu düşünürük, lakin bunun üçün hər iki tərəfdən bəzi çətin seçimlər və sərt kompromislər tələb olunur. Ona görə də biz onları bu son fikir ayrılıqlarını həll etməyə və razılığa gəlməyə təşviq etməkdə davam edəcəyik”, Miller Turan agentliyinin müxbirinin sualına cavab olaraq deyib.
Sözçü həmçinin ötən həftə Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinken, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan üçtərəfli görüşdə irəliləyiş əldə edildiyini bildirib.
“Biz irəliləyiş əldə etmişik, təfərrüata varmayacağam, amma hələ razılığa gəlməmişik və razılığa gələnə qədər dincəlməyəcəyik”, Metyu Miller vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?