Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb
Bu barədə rusiyalı nazir BMT-də keçirdiyi mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, iki ölkənin nümayəndə heyəti arasında 2022-ci ilin aprelində İstanbulda əldə olunan razılaşma imzalansaydı Ukrayna, Krım (Rusiya tərəfindən ilhaq edilib – Qeyd) və o zaman Rusiya qoşunlarının nəzarətində olan ərazilər istisna olmaqla, 1991-ci il sərhədləri daxilində qalacaqdı.
Xatırladaq ki, martın 10-da Antalyada keçirilən diplomatik forum çərçivəsində Ukrayna və Rusiyanın xarici işlər nazirləri Dmitri Kuleba və Sergey Lavrov arasında görüş keçirilib və martın 29-da İstanbulda nümayəndə heyəti səviyyəsində danışıqlara start verilib.
Görüş zamanı Ukrayna tərəfi Rusiya nümayəndələrinə saziş layihəsi (“İstanbul kommünikesi”) təhvil verib. Burada, digər məsələlərlə yanaşı, Ukraynanın xüsusi təhlükəsizlik təminatları altında qeyri-nüvə ölkəsi kimi bloklara qoşulmamaq statusuna hazır olduğu və Krım məsələsinin 15 il ərzində diplomatiya yolu ilə həll edilməsi təklif edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?