Gundemxeber.az » Dünya » İsveç Ukraynaya 13 dizel elektrik stansiyası verir
İsveç hökuməti Ukraynanın enerji təchizatını dəstəkləmək üçün ehtiyat elektrik stansiyalarını Ukraynaya ötürmək qərarına gəlib.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə hökumət məlumat yayıb.
Söhbət təmir planına əsasən 2024-cü ildə dəyişdirilməli olan 13 dizel elektrik stansiyasından gedir.
Energetika və sənaye naziri Ebba Buş bildirib ki, elektrik stansiyaları, məsələn, xəstəxanaya elektrik enerjisi verə bilər və ya kəsintilərin öhdəsindən daha yaxşı gəlmək üçün enerji şəbəkəsinin özündə istifadə edilə bilər.
May ayında İsveç hökuməti Ukraynaya 650 milyon kron (61,65 milyon dollar) məbləğində yeni enerji yardımı paketi barədə qərar qəbul edib. Ukraynanın Enerjiyə Dəstək Fonduna 500 milyon kron (47,42 milyon dollar), BMT İnkişaf Proqramına isə 150 milyon kron (14,23 milyon dollar) ayrılıb.
GUNDEMXEBER.AZ
16-07-2024, 13:58
20-02-2020, 14:56
29-11-2022, 16:30
20-11-2013, 12:50
29-10-2014, 12:58
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?