Gürcüstan parlamentinin deputatları məhbusların kütləvi amnistiyası haqqında qanun layihəsini birinci oxunuşda qəbul ediblər.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 82 deputat səs verib. Müxalifətin əksəriyyəti amnistiyanı hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının seçkiqabağı addımı hesab etdiyi üçün parlamentin iclasına qatılmayıb.
Qanun layihəsinə əsasən, Gürcüstanda bütün məhkumların təxminən üçdə birinin cəza çəkməkdən tamamilə azad ediləcəyi və ya cəza müddətinin azaldılacağı gözlənilir. Eyni zamanda, sayı 10 mindən çox olan məhkumların təxminən 10 faizi azadlığa buraxılacaq.
Amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş cinayət əməllərinə görə məhkum olunmuş şəxslərə şamil edilsə də, qatilləri, narkotik vasitələrin satışı ilə məşğul olan şəxsləri, "qanuni oğruları", digər ağır və xüsusi ağır cinayətlər törətmiş şəxsləri əhatə etməyəcək. Qanunun payız sessiyasında ikinci və üçüncü oxunuşlarda qəbul edilməsi nəzərdə tutulur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?