Çexiya öz təşəbbüsü çərçivəsində 2024-cü ilin sonuna qədər Ukraynaya təxminən 500 min sursat tədarük edəcək.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.
“İlin sonuna qədər tədarüklər proqnozlaşdırılan sürətlə davam edəcək, Ukrayna ordusuna təxminən 500 min ədəd 155 mm-lik sursat tədarük ediləcək”, - o bildirib.
Eyni zamanda, Baş nazir əmin edib ki, bununla paralel olaraq, Çexiya artıq hər il yüzminlərlə iriçaplı digər növ sursat tədarük edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?