Yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən bütün kənd təsərrüfatı məhsulları bazarları ləğv olunacaq. Bunun əvəzində isə ixtisaslaşmış iri marketlər fəaliyyət göstərəcək. Belə ki, bu marketlərə tədarük məntəqələri tərəfindən hər gün təzə məhsullar gətiriləcək, köhnə məhsullar isə konserv müəssisələrinə göndəriləcək. Bununla bağlı təkliflər artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.
Nazirliyin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev «APA-Economics»ə açıqlamasında bildirib ki, istehlakçıların kənd təsərrüfatı məhsulları ilə təminatı sahəsində bu, yeni mərhələyə keçmək üçün ilk növbədə yerlərdə tədarük satış mənətəqələri yaradılmalıdır. «Bu tədarük satış məntəqələri sifarişçilərlə müqavilələr əsasında işləməlidir. Məsələn, qrafik üzrə təyin olunmuş vaxta qədər tədarük bazası sifarişçi üçün məhsulları istehsalçıdan təzə-təzə alır və sonra sifarişçiyə tədarük edir. Belə olan halda kəndli də əziyyət çəkmir», - deyə şöbə müdiri qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?