Çinin Henan əyalətində sənaye zonasında baş vermiş partlayış nəticəsində ən azı beş nəfər həlak olub, 14 nəfər yaralanıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Partlayışın səbəbi "Zhongrui Nonferrous" şirkətinin zavodunda alüminium külçələrin hazırlanması üçün nəzərdə tutulmuş avadanlığın nasazlığı olub. Qeyd olunub ki, polis obyektin işinə cavabdeh olan şəxsləri saxlayıb. Hadisənin təfərrüatı araşdırılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?