Malayziya BRİKS-ə qoşulmaq üçün Rusiyaya müraciət edib.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Ənvər İbrahim məlumat verib. “Malayziya BRİKS-ə sədrlik edən Rusiyaya təşkilata üzv olmaq üçün ərizə göndərərək üzv ölkə və ya strateji tərəfdaş kimi iştirak etməyə hazır olduğunu bildirib”, – deyə Baş nazir Ənvər İbrahim qeyd edib. Ənvər İbrahim Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb və deyib ki, söhbət əsasən Malayziyanın BRİKS-ə qoşulmaq cəhdi mövzusundan gedir. Onun sözlərinə görə, bu, "hər iki ölkə üçün əhəmiyyətli potensiala" malik olacaq.
Sorğu
Yeni dizaynımız necədir?