Gundemxeber.az » Dünya » HƏMAS sözçüsü: “Haniyənin qətli ABŞ ilə razılaşdırılıb”
HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyət İsrail və ABŞ-ın üzərinə düşür, çünki aksiya Vaşinqtonla razılaşdırılıb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, bu barədə Fələstin hərəkatının Livandakı nümayəndəsi Mahmud Tah bildirib.
Onun sözlərinə görə, İsmayıl Haniyənin vurulması ABŞ-dan “yaşıl işıq” aldıqdan sonra həyata keçirilən “qorxaq bir aktdır”. Tah İsrail və ABŞ administrasiyalarını buna görə məsuliyyət daşıdığını vurğulayıb.
Haniyə iyulun 31-də erkən saatlarda Tehranda İsrailin raket hücumu nəticəsində öldürülüb. O, İranın paytaxtında seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib. HƏMAS qeyd edib ki, “bu hadisənin” baş vermə səbəbləri və miqyası araşdırılır, araşdırmanın nəticələri daha sonra açıqlanacaq.
Daha əvvəl CNN məlumat verib ki, Fələstinin HƏMAS hərəkatının lideri İsmayıl Haniyənin aradan götürülməsi Yaxın Şərqdə genişmiqyaslı müharibə risklərini artırır, çünki o, girovların azad edilməsi və atəşkəs üçün əsas danışıqlar aparan şəxs olub.
GUNDEMXEBER.AZ
31-07-2024, 11:54
6-05-2016, 02:25
10-07-2014, 02:19
27-06-2017, 17:45
27-03-2024, 14:57
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?