Parisdə keçirilən Olimpiya Oyunlarında amerikalı üzgüçülər Devid Conston və Lyuk Uitlok koronavirusa yoluxublar.
Gundemxeber.Az xarici mediaya istinadla bildirir ki Conston və Uitlokun təcrid olunmaq üçün otelə köçürüldüyü bildirilir. Eyni zamanda almaniyalı idmançı Manuel Eytelin də COVID-19 testi müsbət çıxıb və o oyunlarda iştirakdan imtina edib.
Məlumata görə, onu Till Steynfort əvəz edəcək.
Bundan əvvəl Böyük Britaniyadan olan üzgüçülər Adam Piti və avstraliyalı Lani Pallisterdə də koronavirus aşkarlanıb. Olimpiada başlamazdan əvvəl beş avstraliyalı su polosu oyunçusu koronavirusa yoluxmuşdu.
Parisdə keçiriləcək Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?