İordaniya, Qətər və Səudiyyə Ərəbistanı hökumətləri ABŞ-nin müharibə başa çatdıqdan sonra Qəzza zolağında sülhməramlı missiyada iştirak təklifini rədd edib.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə əsaslanan “The Times of Israel” nəşri məlumat yayıb.
Mənbələrdən biri vurğulanan imtinanı sülhməramlı missiyanın “İsraili fələstinlilərdən qorumaq” kimi görünməsi ilə əsaslandırıb.
Eyni zamanda, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) missiyada iştirak etmək niyyətini təsdiqləsə də, hər iki ölkə bunun üçün bir neçə şərt irəli sürüb. Bu şərtlər arasında missiyanın İsrailin Baş naziri Benyamin Netanyahunun rədd etdiyi “iki xalq üçün iki dövlət” konsepsiyası çərçivəsində baş tutması tələbi də yer alır.
Sorğu
Yeni dizaynımız necədir?