Gundemxeber.az » Dünya » Türkiyədə qalmaqallı hadisə: Bir imam digər imamın arvadını qaçırdı
Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda qalmaqallı hadisə baş verib.
Məsciddə imam olaraq çalışan H.A.-nın evdar qadın olan arvadını başqa bir məscidin imamı Şanlıurfaya qaçırıb.
Məlumata görə, hadisə bölgədə böyük əks-səda doğurub. Həmçinin qadının ailəsi qızlarını qaçıran imamın öldürülməsini istəyib.
"Qızımızı da, qaçıranı da güllələyəcəksən", - deyə qadının ailəsi onun əri olan imamdan tələb edib.
İşə bölgənin nüfuzlu şəxsləri qarışıblar və bundan sonra vəziyyət hələlik sakitləşib.
Lakin məhəllə muxtarı Zeynel Şeker arvadı qaçırılan imamın nüfuzuna xələl gəldiyini və qadının pis nümunə olduğunu, bu səbəbdən də onun bu məhəllədə işləməyə davam etməsinin məqbul olmadığını bildirib və vəzifəsindən getməsi üçün müftiliyə müraciət edəcəklərini deyib.
"İmam H.A.-nın məhəlləmizdə işləməyə davam etmək kimi bir ehtimalı yoxdur. O, yaxşı insan idi. Çox da sevirdik. İmamın arvadı məhəlləmizə pis nümunə oldu. İmamımız olduqca kədərlidir, öz kəndinə getdi, amma qayıtdı. Etibarı zədələnib. İmamın bir günahı yoxdur. Lakin biz müftiliyə müraciət edəcəyik ki, bizim məhəllədə işləməsin. Bu belə olmalıdır", - deyə muxtar qeyd edib.
11-05-2016, 12:07
1-12-2014, 23:25
15-09-2017, 15:23
7-07-2016, 22:45
8-07-2014, 16:14
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?