Gundemxeber.az » Dünya » ABŞ nəhayət bir sahədə Çini geridə qoymağı bacardı
ABŞ 2024-cü ilin birinci yarısında Almaniyanın ən böyük ticarət tərəfdaşı kimi Çini geridə qoyub.
GUNDEMXEBER.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın statistika idarəsi məlumat yayıb.
Verilən rəsmi informasiyaya əsasən Almaniyanın ABŞ-la idxalı və ixracı yanvar-iyun ayları arasında təxminən 127 milyard avro (139 milyard dollar), Çin ilə isə 122 milyard avro təşkil edib. ABŞ artıq birinci rübdə Çini qabaqlayıb.
Qeyd edək ki, 2023-cü ildə Çin səkkiz il ardıcıl olaraq Almaniyanın bir nömrəli tərəfdaşı kimi qalıb.
Son dəyişkliyin rəsmi Berlinin anti-Çin siyasəti ilə bağlı olduğu gələn xəbərlər arasındadır. Almaniya kommunist rejimi “qeyri-vicdani” rəqabət aparmaqda suçlayır.
Alman Ticarət və Sənaye Palatasının (DIHK) xarici ticarət üzrə eksperti Lola Maxlayd ABŞ iqtisadiyyatının gücünün Almaniyanın ixracını artırmağa kömək etdiyini söyləyib.
Ümumilikdə, Almaniyanın ABŞ-a ixracı altı ayda 3,3% artaraq 81 milyard avroya, Çinlə ticarət isə təxminən 3% azalaraq 48 milyard avrodan bir qədər çox olub. Çindən idxal təxminən 8% azalaraq 73,5 milyard avroya düşdüyü halda, ABŞ-dan idxal 3,4% azalaraq 46,1 milyard avroya çatıb.
GUNDEMXEBER.AZ
4-06-2019, 09:27
7-03-2020, 10:31
14-05-2019, 18:31
15-03-2018, 16:35
25-02-2020, 12:47
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?