Türkiyəni silkələyən “böyük rüşvət əməliyyatı”nda saxlanılanlar barələrində müvəqqəti həbs qərarları verilmək üçün məhkəmə qarşısına çıxarılıb.
Dekabrın 19-da 10 nəfər məhkəməyə aparılıb. Onlardan 3-ü sərbəst buraxılıb, 7-i isə istintaq dövrü üçün həbsə göndərilib.
Proses dekabrın 20-də davam edib. Səhər saatlarında daha bir nəfər barəsində həbs qərarı çıxarılıb. Daha sonra məşhur iş adamları Rza Zərrab, Əli Ağaoğlu, daxili işlər nazirinin oğlu Barış Gülər, “Halkbank”ın direktoru Süleyman Aslanın da daxil olduğu 66 nəfərlik dəstə məhkəməyə aparılıb. Məhkəmə Əli Ağaoğlunun sərbəst buraxılmasına, barəsində istintaqın isə davam etdirilməsinə qərar verib.
Məhkəmə qarşısına çıxarılanlarla bağlı Türkiyə medaisında Bakı vaxtı ilə saat 19:40-da yayılan xəbər bundan ibarətdir:
İş adamı Rza Zərrab, daxili işlər nazirinin oğlu Barış Gülər və iqtisadiyyat nazirinin oğlu Salih Kaan Çağlayan da daxil olmaqla 14 nəfər barəsində həbs-qətimkan tədbirinin seçilməsi istənilib. 7 nəfər isə sərbəst buraxılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?