İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib.
Bu barədə “Kan” dövlət teleradio şirkəti xəbər yayıb.
Bildirilib ki, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasına səyahət etmiş İsrail hərbçiləri dərhal ölkəyə qayıtmalıdırlar.
Bunun səbəbi kimi Gürcüstan və Azərbaycanın İrana yaxın olması və bu ölkələrdə İran vətəndaşlarının yaşaması, həmçinin, Azərbaycanın İranla ümumi sərhədinin olması göstərilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?